2018-04-12

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində Prezident seçkiləri keçirilmişdir

Cari ilin 11 aprel tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində Seçki Məcəlləsinə uyğun olaraq seçki məntəqəsi yaradılmışdır.

Seçkilərdə seçicilərin aktivliyi müşahidə edilmiş və aktiv seçicilərin 96 faizi seçkilərə qatılmışdır. Seçki günü adları müvəqqəti seçki siyahısında olmayan xeyli sayda Azərbaycan vətəndaşları o cümlədən, Macarıstanda səfərdə olan həmvətənlərimiz seçki məntəqəsinə gələrək səsvermədə iştirak etmək arzusunu ifadə etmiş, qeydiyyatdan çıxma vərəqi olan vətəndaşlarımızın, habelə digər həmvətənlərimizin səsvermə hüquqları Səfirliyə göndərilmiş bülletenlərin sayı çərçivəsində təmin edilmişdir.

Səsvermə prosesində heç bir qanun pozuntusuna yol verilməmişdir.

Arxiv üzrə axtarış