2018-04-25

Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi ümummilli lider Heydər Əliyevin ömür yolundan bəhs edən “Şəxsiyyət və zaman” trilogiyasının macar dilində çapdan çıxmış iki cildinin təqdimat mərasimini keçirəcək

Azərbaycan   Respublikasının Macarıstandakı səfirliyinin təşəbbüsü ilə tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Elmira Axundovanın ümummilli lider Heydər Əliyevin ömür yolundan, zəngin siyasi bioqrafiyasından bəhs edən “Şəxsiyyət və zaman” trilogiyasını macar dilinə tərcümə olunur. Ümummilli liderin anadan olmasının 95 illiyi ərəfəsində trilogiyanın ikinci cildi şəkildə nəşr olunub. Kitab Macarıstanın əsas kitabxanalarına və kitab fondlarına göndərilib, eləcə də tanınmış ictimai-siyasi xadimlər, parlament üzvləri, mətbuat təmsilçiləri arasında yayılıb.

Səfirlik yaxın günlərdə “Şəxsiyyət və zaman” trilogiyasının çapdan çıxmış iki cildinin təqdimat mərasimini keçirməyi planlaşdırır.

Arxiv üzrə axtarış