2018-05-25

Macarıstanda “Azərbaycan Paris sülh konfransında (1919-1920)” adlı toplu nəşr olunub

Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Birinci Respublikanın 100 illik yubileyi ərəfəsində Budapeştdə Cümhuriyyət dövrünün diplomatik sənədlərindən ibarət Azərbaycan Paris sülh konfransında (1919-1920) adlı toplu nəşr olunub. Topluya Ə. Topçubaşovun rəhbərliyi altında Paris Sülh konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin konfransını Ali Şurasına təqdim etdiyi və Cümhuriyyətin de-fakto tanınması üçün əsas rolunu oynayan "Qafqaz Azərbaycanı nümayəndə heyətinin sülh konfransından tələbləri" adlı memorandumun ingilis, fransız və macar dillərində mətnləri daxil edilib. Kitabın tərtibçisi və çapa hazırlayan Cümhuriyyət dövrünə dair çoxsaylı araşdırmaların müəllifi kimi tanınan səfir Vilayət Quliyevdir. O, eyni zamanda Azərbaycan Cümhuriyyətinin tarixi və Paris sülh konfransındakı nümayəndə heyətinin fəaliyyəti barədə geniş və əhatəli müqəddimə də yazıb.

Arxiv üzrə axtarış