2019-03-01

Macarıstanın Peç şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmişdir

Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən silsilə tədbirlər çərçivəsində bu ölkənin Pecs şəhərində dinc aksiya təşkil edilib.

Peç şəhərinin mərkəzi Seçeni meydanında keçirilmiş tədbirə 40-a yaxın Azərbaycanlı tələbə qatılıb, habelə Türkiyə, Yəmən, Pakistanı təmsil edən 20-dək xarici tələbə cəlb edilib.

Tədbirin baş tutduğu Seçeni meydanında Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi tərəfindən nəşr edilmiş, xüsusilə Dağlıq Qarabağ, Xocalı soyqırımı və erməni təcavüzünə aid kitab və broşürlar yerli seyrçilərə və turistlərə paylanılıb, habelə Xocalı qurbanlarının şəkillərindən ibarət stend qurulub. Bununla yanaşı, tələbələrimiz Xocalı faciəsi, habelə Ermənistanın təcavüzkar siyasəti barədə ətraflı məlumatlar təqdim ediblər. Həmçinin, tələbələr tərəfindən şam və qərənfillərdən istifadə etməklə, asfalt üzərində “Justice for Khojaly” yazılıb.

Aksiya “Justice for Khojali” – “Xocalıya Ədalət” şüarının ucadan səsləndirlməsi və Azərbaycan himninin oxunması ilə bitib.

   

Arxiv üzrə axtarış