2020-03-15

DİQQƏT!!! Koronavirusla əlaqədar Səfirliyin qaynar xətt nömrəsi fəaliyyətə başlayıb!

Yaranmış fövqəladə vəziyyətlə əlaqədar vətəndaşlarımızın operativ qaydada məlumatlandırılması məqsədilə Macarıstanda yaşayan Azərbaycan vətəndaşlarının Səfirlikdə konsulluq qeydiyyatına düşmələri tövsiyyə olunur.

Macarıstanda yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın Səfirliyimizə mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə tərəfimizdən həftənin 7 günü, 24 saat açıq olan “Qaynar xətt” yaradılıb.

Qaynar xətt nömrəsi: :+36304430655

Xüsusi zərurət olmadığı təqdirdə, Azərbaycan Respublikası vətəndaşlarına, xüsusilə Dünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus epidemiyası riskinin yüksək olduğu qeyd olunan ölkələr, o cümlədən koronavuris infeksiyasının artdığı xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur.

Arxiv üzrə axtarış