2020-07-14

Hal-hazırda Macarıstan ərazisində yerləşən və vətənə qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

Hörmətli həmvətənlər,

Hal-hazırda Macarıstan ərazisində yerləşən və vətənə qayıtmaq istəyən Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə çatdırmaq istərdik ki, 17 iyul 2020-ci il tarixdə, saat 16:00-da Budapeşt-Bakı istiqamətində ödənişli əsasda çarter reysinin təşkil olunması planlaşdırılır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi müvafiq qeydiyyat işinin aparılması üçün vətənə qayıtmaq istəyən şəxslərin təcili olaraq günün sonuna qədər Səfirliyin qaynar xətti ilə əlaqə saxlamalarını xahiş edir.

Səfirliyin qaynar xətti: +36304430655

Qeyd: Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycana uçuş zamanı koronavirus testinin mənfi nəticəsini təsdiq edən arayış təqdim etmək lazımdır. Uçuşa 1 gün qalmış COVİD-19 (PCR) testinin nəticəsini əldə etmək üçün Macarıstanın rəsmi akkreditə olunmuş laboratoriyalarına ən gec uçuşdan 48 saat öncə müraciət etməyiniz vacibdir. Testin nəticəsinə dair arayış ingilis dilində təqdim olunmalıdır.

Arxiv üzrə axtarış