2022-04-27

Azərbaycan və Macarıstan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunur

27 aprel 1992-ci ildə Azərbaycan və Macarıstan arasında qurulmuş diplomatik əlaqələr keçən 30 il ərzində yüksələn xətlə inkişaf edib, iki ölkə arasındakı əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Ölkələrimiz ikitərəfli və çoxtərəfli əsasda, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. Bundan sonra da, birgə səylərimiz sayəsində strateji tərəfdaşlığımızın daha da möhkəmlənəcəyinə inanırıq.

Arxiv üzrə axtarış