2022-07-14

Macarıstanın Dövlət Qulluğu Universitetinin Lüdovika Alimləri Qonaq Mühazirəçi Proqramı

Macarıstanın Dövlət Qulluğu Universiteti aparıcı ali təhsil ocaqlarından sayılır və qeyd olunan sahələr üzrə bakalavr və aspirantura təhsili, eləcə də tədqiqat aparmaq imkanları təmin edir: siyasi elmlər, hərbi elmlər, informasiya cəmiyyəti, fəlakətlərin idarə edilməsi tədqiqatları, kiber təhlükəsizlik, dövlət idarəetməsi, milli təhlükəsizlik tədqiqatları, beynəlxalq tədqiqatlar, hüquq-mühafizə, strateji tədqiqatlar, su elmləri.

Qeyd edilən Lüdovika Alimləri Qonaq Mühazirəçi Proqramının məqsədi Universitetin nümayəndələrinin Şərqi və Mərkəzi Avropa ölkələrinin elmi dairələri, tədqiqatçıları və mütəxəssisləri ilə fikir mübadiləsi aparmasına şərait yaratmaq, qonaq mühazirəçiləri Universitetin fəaliyyəti barədə məlumatlandırmaq və tərəfdaşlıq əlaqələrini gücləndirməkdir. Proqrama seçilmiş iştirakçılar bir həftə ərzində ictimai mühazirələr oxuyacaq, seminarlarda iştirak edəcək, tədqiqat institutları və ya fakültələr tərəfindən təşkil edilən peşəkar müzakirələrə qoşulacaqlar. Nəticədə, mühazirəçinin təmsil etdiyi qurumla əməkdaşlıq əlaqələrinin yaradılması, birgə tədris, tədqiqat proqramlarının və nəşrlərin həyata keçirilməsi imkanları ortaya çıxacaqdır.

Bu xüsusi proqram qeyd edilən ölkələrin vətəndaşları üçün açıqdır: Albaniya Respublikası, Ermənistan Respublikası, Azərbaycan Respublikası, Bosniya və Herseqovina, Bolqarıstan Respublikası, Xorvatiya Respublikası, Çexiya, Estoniya Respublikası, Gürcüstan, Yunanıstan Respublikası, Kosovo Respublikası, Latviya Respublikası, Litva Respublikası, Moldova, Monteneqro Respublikası, Şimali Makedoniya Respublikası, Polşa Respublikası, Rumıniya, Serbiya Respublikası, Slovakiya Respublikası, Sloveniya Respublikası, Türkiyə Respublikası.

Proqram üçün müraciət forması və daha ətraflı məlumat müvafiq link vasitəsilə əldə oluna bilər: https://reg.uni-nke.hu/index.php/338115?newtest=Y&lang=en.

Müraciət üçün son tarix 31 avqust 2022-ci ildir. Proqramla bağlı əlavə suallar yaranarsa, ludovika.scholars@uni-nke.hu elektron poçt ünvanı ilə əlaqə saxlamaq lazımdır.

Arxiv üzrə axtarış