2022-12-09

Macarıstanda təhsil alan azərbaycanlı tələbə və məzunlarla görüş

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndə heyəti Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Macarıstanda təhsil alan azərbaycanlı tələbə və məzunlarla görüş keçirib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Görüş zamanı nümayəndə heyətinin üzvləri tərəfindən azərbaycanlı tələbə və məzunların sualları cavablandırılıb, onların akademik uğurları və gələcək fəaliyyətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Budapeşt, 9 dekabr, AZƏRTAC

Arxiv üzrə axtarış