2023-01-20

20 Yanvar – Ümumxalq hüzn gününə dair video konfrans təşkil edilib

19 yanvar 2023-cü ildə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar – Ümumxalq hüzn gününə dair video konfrans təşkil edilib.
Tədbiri giriş nitqi ilə açan Azərbaycan Respublikasının Macarıstandakı səfiri Tahir Tağızadə, 20 Yanvar hadisələri haqqında geniş məlumat verərək, tariximizin bu qanlı səhifəsinin Azərbaycan Respublikasının müstəqilliyinin bərpasındakı rolu, Ümummilli Lider Heydər Əliyevin Qanlı Yanvar hadisələrindən dərhal sonra verdiyi bəyanat və onun hadisələri hüquqi və tarixi qiymətləndirməsi haqqında danışıb.
Daha sonra, Macarıstanın nüfuzlu ekspertlərindən sayılan, Mateus Korvinus Kollegium beyin mərkəzində Diplomatiya Departamentinin direktoru, sabiq səfir Raymund Kiş çıxış edərək, Qanlı Yanvar hadisələrinin Macarıstanda 1956-ci ildə baş vermiş hadisələrlə bənzərliyini qeyd edib, Azərbaycan və Macarıstanın ikitərəfli əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayıb.

Arxiv üzrə axtarış