2023-05-08

Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Türk Dövlətləri TEQ Çempionatı

6 may 2023-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Türk Dövlətləri Təşkilatının (TDT) Budapeşt şəhərindəki Nümayəndəlik Ofisi, Beynəlxalq Teqball Federasiyası və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş çempionatın mükafatlandırma mərasimi təşkil olunub. TDT-yə üzv dövlətlərin, o cümlədən müşahidəçi statusuna malik olan Macarıstanın nümayəndələri arasında keçirilmiş yarışda Qazaxıstan və Qırğızıstan təmsilçiləri qalib gələrək ölkəmizə səfər imkanı əldə ediblər.

Mükafatlandırma mərasimində Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi, Beynəlxalq Teqball Federasiyası, Macarıstana akkreditə olunmuş diplomatik korpus və Budapeşt şəhərindəki TDT Nümayəndəlik Ofisinin nümayəndələri, türkdilli dövlətlərin Macarıstanda təhsil alan tələbələri iştirak ediblər.

Arxiv üzrə axtarış