2023-08-28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfəri

20-21 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Budapeştdə işgüzar səfərdə olub.


Səfər çərçivəsində Prezident İlham Əliyevin Baş nazir Viktor Orban ilə görüşü olub. İkitərəfli və çoxtərəfli əməkdaşlıq sahələri üzrə geniş müzakirələr aparılıb.


Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Baş nazir Viktor Orban ilə birlikdə Milli Atletika Mərkəzində atletika üzrə dünya çempionatının kişilər arasında 100 metr məsafəyə qaçış yarışının finalını izləyiblər. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü xanım Jelka Tsviyanoviç də yarışa baxıblar.


Həmçinin, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Macarıstanın Milli bayramı - Müqəddəs Stefan Günü münasibətilə verilən ziyafətdə iştirak ediblər.

Arxiv üzrə axtarış