2023-09-06

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Macarıstana rəsmi səfəri

4-5 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Macarıstanda rəsmi səfərdə olub.
Nazir Ceyhun Bayramov və nazir Piter Siyarto arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib, Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirilib. İclasdan sonra, iki nazir Azərbaycan-Macarıstan Strateji Dialoqunun 1-ci iclasının protokolunu imzalayıblar. Mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Rəsmi səfər çərçivəsində, nazir Ceyhun Bayramov Macarıstan diplomatik nümayəndəlik rəhbərlərinin illik konfransında çıxış edib.
Rəsmi səfərin ikinci günündə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Budapeştdə Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.
Nazir Ceyhun Bayramov həmçinin Macarıstan Milli Assambleyasının sədri Laslo Köver ilə görüş keçirib. 

Arxiv üzrə axtarış