2023-09-13

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovun Macarıstana işgüzar səfəri

11 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Macarıstanda işgüzar səfərdə olub.
Səfər çərçivəsində, Macarıstanın Baş naziri Viktor Orban ilə keçirilən görüşdə ikitərəfli münasibətlərinin inkişaf dinamikası, iqtisadi əməkdaşlığın perspektivləri və birgə layihələr üzrə tərəfdaşlığın səmərəli nəticələri müzakirə olunub.
Eyni zamanda, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan fəal əməkdaşlıq, iqtisadi-ticarət əlaqələrini gücləndirən təşəbbüslər və yaşıl enerji layihələri üzrə tərəfdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Arxiv üzrə axtarış