2024-03-06

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Macarıstanda anım tədbiri təşkil olunub

Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar səfirlikdə anım tədbiri təşkil edilmişdir.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Xocalı soyqırımının qurbanları bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən səfir Tahir Tağızadə Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımı barədə iştirakçılara məlumat vermişdir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən 15 oktyabr 2023-cü ildə Xocalıda Azərbaycan bayrağının ucaldıldığını, 26 fevral 2024-cü ildə isə Xocalı soyqırımı memorialının əsasının qoyulduğunu diqqətə çatdırmışdır. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondu tərəfindən 2008-ci ildə başladılan “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətindən danışmışdır.
Daha sonra, iştirakçılara Xocalı soyqırımı itkinlərinə həsr olunmuş “13” bədii sənədli filmi nümayiş etdirilmişdir.

Arxiv üzrə axtarış